16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Kişineu-Odessa marşrutu ilə qatarların hərəkəti bərpa olunacaq

15-04-2025
IMG

Kişineu-Odessa marşrutu üzrə dəmir yolu ilə sərnişin daşımaları yay mövsümünün əvvəlində bərpa olunacaq. Bu barədə razılıq “Moldova Dəmir Yolları” dövlət müəssisəsinin nümayəndə heyətinin Kiyevə səfəri zamanı əldə olunub.

Fhnews.az “moldova1.md” saytına istinadla xəbər verir ki, müəssisənin yaydığı məlumata görə, qatarın hərəkətinin bərpasında məqsəd müharibə nəticəsində Moldova və Ukrayna ərazisindən praktiki olaraq avtomobil axınının baş verməsi fonunda yüklərin Moldovanın dəmir yolu xətti ilə Avropa İttifaqı istiqamətində və əks istiqamətdə daşınmasının bərpası olub.

“Ukrzaliznitsia” İdarə Heyətinin sədri Oleksandr Pertsovski ikitərəfli əməkdaşlığın bərpasını alqışlayıb və həll yollarını birgə axtarmağa hazır olduğunu bildirib.

Dəmir yolu şirkətlərinin nümayəndələri Moldovadan dəmir yolu vasitəsilə Ukraynanın Çernomorsk limanından Gürcüstanın Batumi limanına vaqonlarda yüklərin daşınması üçün bərə keçidindən istifadə edilməsi imkanlarını da müzakirə ediblər.

Görüşdə iki ölkə arasında sərhəd məntəqələrinin keçidini sürətləndirmək üçün yük vaqonlarının ümumi məlumat bazasının yaradılması ideyası irəli sürülüb. Hər iki ölkənin dəmir yolu şirkətlərinin keçdiyi optimallaşdırma prosesində faydalı təcrübə mübadiləsi də qeyd olunub.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Moldova Respublikası Odessa-Kişineu marşrutu üzrə qatarların hərəkətini dayandırmışdı. Bu qərarı Moldova Fövqəladə Hallar Komissiyası Ukraynadakı müharibə fonunda qəbul edib.

Paylaş: