Yaponiyada əhalinin sayı azalıb
Yaponiyada yaşayan Yaponiya vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 898 min nəfər azalıb. Bu, indiyə qədərki ən böyük eniş hesab olunur.
aponiya hökuməti ölkədəki Yaponiya vətəndaşlarının sayının əvvəlki illə müqayisədə 898 min nəfər azalaraq 120,3 milyon nəfərə düşdüyünü açıqlayıb.
Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin açıqladığı yenilənmiş statistikaya görə, Yaponiya vətəndaşlarının sayı 2024-cü ilin oktyabr ayından etibarən ən böyük illik azalma ilə üzləşib.
Əcnəbilər də daxil olmaqla ölkənin ümumi əhalisi 2024-cü ilin oktyabr ayı ilə müqayisədə illik 550 min nəfər azalaraq 123,8 milyon nəfərə çatıb.
Əmək qabiliyyətli hesab edilən “15-64 yaş arası əhali” 224 min nəfər azalaraq 73,73 milyon nəfər olaraq qeydə alınıb.Bildirilir ki, əhalinin azalmasında cəmiyyətin qocalması və doğum səviyyəsinin aşağı düşməsi təsirli olub.
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...