Hindistanda fişəng fabrikində partlayış nəticəsində 8 nəfər ölüb
Bazar günü Hindistanın cənubundakı Andhra Pradeş ştatında fişəng fabrikində güclü yanğına səbəb olan partlayış nəticəsində azı 8 işçi ölüb, 7 nəfər isə yaralanıb.
Fhnews.az xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat yayıb. Hadisənin ştatın paytaxtı Amaravatidən 303 kilometr şimal-şərqdə yerləşən Anakapalli rayonunda baş verdiyi bildirilir.
İlkin araşdırma zamanı məlum olub ki, yanğın partlayıcı maddələrin saxlandığı anbarda başlayıb və qısa müddətdə bütün fabrikə yayılıb. Hadisə zaman fabrikdə 15 nəfər olub.
Yanğınsöndürmə departamentinin nümayəndəsi partlayışın və sonrakı yanğının istehsal prosesində yol verilən xəta nəticəsində meydana gəldiyini bildirib.
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...