Ayasofyanın əsas günbəzində tarixi bərpa işləri başlayır
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 1486 illik Ayasofya Ulu Məscidinin əsas günbəzinin tarixin ən geniş və əhatəli bərpa prosesinə alınacağını, günbəzin zəlzələlərə daha davamlı hala gətiriləcəyini və tikilinin ilkin vəziyyətinin qorunacağını açıqlayıb.
Nazir Ərsoy Ayasofya Məscidində aparılan bərpa və möhkəmləndirmə işləri ilə bağlı sosial media hesabından açıqlama verib.
Tarixi qoruduqlarını və Ayasofyanı gələcəyə daşıdıqlarını ifadə edən nazir "1486 illik Ayasofya Ulu Məscidində ibadətləri yarımçıq qoymadan bərpa və möhkəmləndirmə işlərimizi davam etdiririk. Bu işlərin bir hissəsini tamamladıq, qalan hissələrini də diqqətlə həyata keçiririk. Günbəz zəlzələlərə qarşı daha davamlı hala gətiriləcək və quruluşun ilkin vəziyyəti diqqətlə qorunacaqdır."-deyə açıqlama verib. Nazir günbəzin daxili səthindəki mozaikaların zədələnməsinin qarşısını almaq üçün işlərin xarici səthdən aparılacağını bildirib və bu şəkildə davam etdiriləcəyini söyləyib : "Qurşun örtükləri sökülərək təmir ediləcək və ya yenilənəcək. Hava şəraitinin qarşısını almaq və mozaikaları qorumaq məqsədi ilə müvəqqəti olaraq polad konstruksiya və xüsusi brezentlə örtüləcək. 4 metr hündürlüyündə polad sütunla 3 metr hündürlükdə olan mozaikalar quraşdırılaca.Beləliklə, Ayasofyanı həm qoruyacağıq, həm də yaşatacağıq”.
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...