DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq
Dövlət İmtahan Mərkəzi aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçirib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın keçirilməsi üçün 4 bina ayrılıb. İmtahanın idarə olunmasına 12 imtahan rəhbəri, 4 ümumi imtahan rəhbəri, 95 nəzarətçi, 8 buraxılış rejimi əməkdaşı cəlb edilib.
Aprelin 14-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Birinci sinfə qəbulda yenilik: Şəxsi...
Akademik: Süni intellekt fundamental...
Milli Observatoriya ilə Naxçıvan Dövlət...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul...
Azərbaycan Universitetində “Red Team” və...