15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Hindistan və Nepalda leysan yağışları nəticəsində  ölənlərin sayı artır

12-04-2025
IMG

Hindistan və Nepalda son iki gündə yağan güclü yağışlar nəticəsində 100-dən çox insan həyatını itirib.Yerli mətbuatda çıxan xəbərlərə görə, Cənubi Asiya ölkələri Hindistan və Nepalda son iki gündə qeyri-sabit hava şəraiti, güclü leysan yağışları müşahidə olunur.Hindistanın Bihar əyalətində yağışlar səbəbindən 82 nəfər həyatını itirdiyi halda, ölkənin ən sıx məskunlaşdığı Uttar Pradeş əyalətində ildırım çaxması və fırtına nəticəsində 18 nəfər ölüb.

Nepalda ildırım çaxması və güclü yağışlar nəticəsində 8 nəfər ölüb.Hava proqnozlarına görə, yaxın günlərdə bölgəyə daha çox yağış yağacağı gözlənilir.

Paylaş: