Hindistanda fişəng fabrikində partlayış olub
“The Times of India” qəzetinin məlumatına görə, Andhra Pradeş ştatının Visakhapatnam şəhərində fişəng istehsalı müəssisəsində partlayış baş verib. Ərazidə yaşayan sakinlər bildiriblər ki, yanğın bir neçə dəqiqə ərzində binanı bürüyüb. İlkin məlumatlara görə, yanğın zamanı obyektdə olan 15 nəfərdən 8-i həyatını itirib, 7 nəfər isə yaralanıb.
Xatırladaq ki, aprelin 1-də Hindistanın Qucarat ştatında fişəng istehsalı anbarında baş vermiş partlayış nəticəsində 21 nəfər həlak olmuşdu.
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...
İstanbul Hava Limanında THY-nin 3...
Artan temperatur yaxın illərdə psixi...
Böyük Britaniyada yüksək viza xərcləri...