Suriyanın qədim Palmira şəhərinin xarabalıqları…
Suriyanın Homs vilayətində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan qədim Palmira şəhərində yaşanmış müharibənin dərin izləri var.
1980-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qədim Palmira şəhərindəki xarabalıqlar 2015-ci ildə İŞİD terror təşkilatı tərəfindən dağıdılıb.Terror təşkilatı qədim şəhərdəki məşhur Bel məbədi, Baal Şamin məbədi, Zəfər tağı və bəzi kral məzarlarını tamamilə yerlə-yeksan edib.
Devrilmiş Bəşər Əsəd rejimi də şəhərə nəzarəti saxlamaq üçün qurudan artilleriya və hava hücumları ilə qədim Palmira şəhərinin mədəni irsini məhv olmaq həddinə çatdırıb.
Eramızın 1-ci və 2-ci əsrlərinə aid məbədləri ehtiva edən qədim şəhər 2011-ci ildə başlayan vətəndaş müharibəsindən əvvəl Suriyanın ən əhəmiyyətli turistik məkanı hesab olunurdu. Suriyada rejimin devrilməsi və yeni hökumətin hakimiyyətə gəlməsinin ardınca indi yerli turistlər böyük dağıntılara məruz qalan Palmiranı 14 ildən sonra sevinclə ziyarət edir və onun əvvəlki əzəmətinə qayıdacağı günü ümidlə gözləyirlər.
Palmira bölgəsinin Vətəndaş Komitəsinin üzvü və şəhərdəki yenidənqurma prosesinin yerli liderlərindən biri olan Zehir Səlim bildirib ki, İŞİD-in təzyiqləri və devrilmiş rejimin hücumları nəticəsində yerli sakinlər köç etmək məcburiyyətində qalıb.
Beləliklə, İŞİD-in işğalı Palmiranın tarixi irsinə ciddi ziyan vurub. Hazırda buranın əvvəlki vəziyyətinə qaytarılması ve turizmə açıq olması üçün işlər gedir.
Novruz bayramı ilə bağlı qanun layihəsi...
Baharda qış gözəlliyi......
Ayasofyanın əsas günbəzində tarixi bərpa...
Yeni araşdırma qarğaların həndəsi...
Yaponiyada əhalinin sayı azalıb...