16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Baharda qış gözəlliyi...

14-04-2025
IMG

Şərqi Qara dəniz bölgəsində turistlərin ən çox üz tutduqları yerlərdən biri olan Trabzonun Çaykara rayonundakı Uzungöl yağan qardan sonra ağ örtüyə bürünüb. Uzungöl Türkiyənin Trabzon vilayətində yerləşən sürüşmə bəndi gölüdür. Çaykara rayonu Uzungöl məhəlləsində yerləşir. Yamaclardan düşən qayaların Haldizen çayının qarşısını kəsməsi nəticəsində yaranıb. Gölün uzunluğu 1000 m, eni 500 m və ən dərin yeri 15 m olmaqla 500 000 hektar sahəyə malikdir.Uzungöl  1989-cu ildə elan edilmiş Uzungöl Təbiət Parkının bir hissəsidir. Qardan sonra ağ yorğana bürünən Uzungölün qar mənzərələri insanı heyran qoyub.

Paylaş: