15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

13-04-2025
IMG

Aprelin 13-də Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa və Xocalı şəhərlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ilk dəfə buraxılış imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən bildirilib ki, buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli təşkil edilib.

Ümumilikdə 3 binada keçirilən imtahanlarda 69 şagirdin iştirakı nəzərdə tutulurdu. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Paylaş: