SOCAR İT sistemlərini “Hökumət buludu”na köçürüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürüb.
“AzInTelecom” MMC-dən verilən məlumata görə, SOCAR informasiya sistemləri və ehtiyatlarını qismən “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib.
“AzInTelecom” MMC tərəfindən Dövlət Neft Şirkətinə “Virtual server – IaaS” (İnfrastructure-as-a-Service) və “Rezervlənmə – BaaS” (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin edilib. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığına nail olub.
Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) həyata keçirdiyi “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
ADY qatarların qrafik üzrə fəaliyyətini...
İİTKM “Startup School 3” layihəsinə...
Azərbaycan mobil internetin sürəti üzrə...
141E nömrəli müntəzəm marşrutun hərəkət...
Nazirlik: ÜDM-in real artım tempinin...