Yeni araşdırma qarğaların həndəsi fiqurları ayırd edə bildiyini ortaya çıxarıb
Almaniyanın Tübingen Universitetinin tədqiqatçıları bu quşların düz bucaqları, paralel xətləri və simmetriyanı tanıya bildiklərini aşkar ediblər. Beləliklə, bu tapıntının əhəmiyyəti nədir? Cavab isə belə verilib: “İndi bu xüsusiyyətin insanlara xas olduğunu, həndəsi qanunauyğunluğu ancaq insanların qavradığını iddia etmək yanlışdır”...
Yeni araşdırmaya görə, qarğalar həndəsi formaları ayırd edə bilirlər. Almaniyanın Tübingen Universitetində koqnitiv neyrobioloq Andreas Nieder və onun komandası tərəfindən aparılan araşdırma, qarğaların düzbucaqlı formalara baxa bildiyini və eyni həndəsi nizamı göstərən cisimləri digərlərindən ayıra bildiyini ortaya qoyub. Tədqiqat qrupu iki qarğa ilə təcrübə apararkən onlara kvadratlar, paraleloqramlar və ya nizamsız dördbucaqlılar kimi bir sıra formalar göstərərək başlayıb. Niederə görə, bu təcrübə ilə bilmək istədikləri, qarğaların formalar çox oxşar olduqda belə fərqi ayırd edə bilmələri idi. Məlum oldu ki, qarğalar bunu edə bilər. “Science Advances” elmi jurnalında dərc olunan tədqiqat məqaləsi qarğaların düz bucaqları, paralel xətləri və simmetriyanı anlaya bildiyini göstərən bir sıra testlərdən bəhs edir.
Əvvəlki araşdırmalar göstərdi ki, insanlar yaş, mədəniyyət və təhsil səviyyəsindən asılı olmayaraq, formalardakı həndəsi naxışlara diqqət yetirməyi yaxşı bacarırlar. Nieder hesab edir ki, digər canlıların da fitri həndəsə hissi ola bilər. Lakin tədqiqatçılar indiyədək heyvanların riyazi qabiliyyətlərini sınaqdan keçirərkən bu qabiliyyətə diqqət yetirməyiblər. "Qarğaların monolit bir növ olduğunu söyləməyə heç vaxt cəsarət etməzdim"-deyən dedi Nieder tədqiqatın tamamilə yeni bir araşdırma sahəsinə cığır açacağını deyib.
Britaniya Sudana 120 milyon funt...
1900 illik papirusda vergidən yayınma...
İngiltərədə lalə festivalı başlayıb...
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...