Cari ilin birinci rübündə yaşıl enerji istehsalında artım müşahidə olunub
Cari ilin yanvar-mart ayları üzrə respublikada elektrik enerjisinin istehsalı 7 milyard 171,8 milyon kVt-saat olub.
Energetika Nazirliyindən bildiriblər ki, bu müddət ərzində İstilik Elektrik Stansiyalarında (İES) 6 milyard 318,3 milyon kVt-saat, Su Elektrik Stansiyalarında (SES) isə 669,6 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Digər mənbələr üzrə istehsalat 183,9 milyon kVt-saat, o cümlədən külək elektrik stansiyalarında 9,5 milyon-kVt saat, günəş elektrik stansiyalarında 112,5 milyon kVt-saat olub. Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kVt-saat elektrik enerjisi istehsal edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 milyon kVt-saat artım qeydə alınıb.
Rüb ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 6 milyard 385 milyon kVt-saat (İES-lərdə 5 milyard 739,9 milyon kVt-saat, SES-lərdə 645,1 milyon kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 milyon kVt saat (İES-lərdə 55,7 milyon kVt-saat, SES-lərdə 21,7 milyon kVt-saat, GES-də 13,8 milyon kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 milyon kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 milyon kVt-saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 385,0 milyon kVt-saat, idxalı isə 35,7 milyon kVt-saat olub.
Qeyd edək ki, bu ilin mart ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 milyard 319,1 milyon kVt-saat olub. Bu dövrdə elektrik enerjisinin ixracı 85,6 milyon kVt-saat, idxalı isə 16,1 milyon kVt-saat təşkil edib.
Klasterləşmə təşəbbüsü olan...
ADY qatarların qrafik üzrə fəaliyyətini...
İİTKM “Startup School 3” layihəsinə...
Azərbaycan mobil internetin sürəti üzrə...
141E nömrəli müntəzəm marşrutun hərəkət...