16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Səyyar ASAN xidmət Zaqatalada

16-04-2025
IMG

Səyyar ASAN xidmət avtobusu bu il aprelin 3-dən Zaqatala rayonu, Nizami Gəncəvi küçəsi 10 ünvanında vətəndaşlara xidmət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zaqatala rayonunda, ümumilikdə, 49 dəfə Səyyar ASAN xidmət avtobusu vasitəsilə səyyar xidmət gerçəkləşib. Həmin dövr ərzində 142 mindən çox vətəndaş müraciəti daxil olub. Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Prezidentin 2021-ci il 7 oktyabr tarixli Fərmanının aidiyyəti hissələrinin icrası ilə əlaqədar isə 2022-ci il yanvarın 6-dan Zaqatala rayonunda Səyyar ASAN xidmət avtobusuna 45 mindən çox vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsilə ümumilikdə 3 milyondan çox, 2025-ci il ərzində isə 40 mindən çox vətəndaş müraciəti daxil olub.

Xatırladaq ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlardakı əhaliyə xidmətlərin çatdırılması və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün xüsusi təchiz edilən 10 xüsusi avtobus vasitəsilə əhaliyə səyyar formada xidmət göstərilir. Əsas məqsədlər dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Paylaş: