19 aprel 2025, şənbə Bakı, 8°C
IMG-LOGO

DSMF daha bir beynəlxalq müsabiqədə ali mükafata layiq görülüb

16-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Global Business Magazine” beynəlxalq qurumunun təşkil etdiyi “Global Business Magazine 2025” müsabiqəsində “2025-ci ilin ən yaxşı sosial təminat qurumu” ali mükafatına layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqədə DSMF ilə yanaşı, Türkiyə, Qətər, Belçika, Portuqaliya, Oman, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər ölkələri təmsil edən sığorta və investisiya qurumları, maliyyə-kredit, bank, eləcə də özəl və dövlət təşkilatları təmsil olunub.

DSMF-nin ölkəmizdə sosial müdafiə sahəsində aparılan ardıcıl islahatlar, əlilliyi olan şəxslər üçün inklüziv xidmətlər, bu sahədə rəqəmsal uğurlarla bağlı təqdim etdiyi müsabiqə işi beynəlxalq münsiflər tərəfindən yüksək balla qiymətləndirilib. Fondun adı qeyd edilən beynəlxalq təşkilatın rəsmi veb-səhifəsindəki qaliblərin siyahısına daxil edilib.

Xatırladaq ki, DSMF bu ilin ötən dövründə 10, 2021–2025-ci illər üzrə isə 64 beynəlxalq mükafata layiq görülüb.

Paylaş: