Çin kosmosda yeni dövrə başlayır: Yer-Ay bölgəsində bürc qurur
Kosmik İstifadə Texnologiyası və Mühəndisliyi Mərkəzinin məlumatına görə, Çin üç peykdən ibarət bürc quraraq, uzunmüddətli elmi tədqiqatlar üçün yeni imkanlar açıb.
Çin Yer-Ay kosmos bölgəsində Uzaq Retrograd Orbitə əsaslanan dünyanın ilk üç peyk bürcünü qurub.Çin Elmlər Akademiyası tərəfindən dünən edilən açıqlamada, Yer-Ay Uzaq Retrograd Orbitində milyonlarla kilometr məsafədə yerləşdirilən üç peyk arasında ölçmə və əlaqələrin qurulduğu paylaşılıb. Akademiyaya bağlı Kosmik İstifadə Texnologiyası və Mühəndisliyi Mərkəzinin tədqiqatçısı Wang Wenbin Yer-Ay Uzaq Retrograd Orbitinin son dərəcə sabit bir orbit təklif etdiyini və bir kosmik gəminin bu orbitə girmək və qalmaq üçün çox az yanacağa ehtiyacı olduğunu bildirib. Vanq əlavə edib ki, bununla da alimlər kvant mexanikası və atom fizikası kimi sahələrdə fundamental elmi tədqiqatlar apara biləcəklər.
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...
Hindistanda fil hücumlarına qarşı yeni...
Cəsədlərin yoxa çıxdığı dibsiz mağara...