19 aprel 2025, şənbə Bakı, 18°C
IMG-LOGO

Cənubi Koreyada meşə yanğınlarının vurduğu zərər hesablanıb

18-04-2025
IMG

Cənubi Koreyada ötən ay baş vermiş meşə yanğınlarının vurduğu zərərin gözlənildiyindən daha böyük olduğu ortaya çıxıb.İrimiqyaslı meşə yanğınları nəticəsində zərər çəkmiş ərazilər əvvəllər təxmin ediləndən təxminən 2,2 dəfə çox olub və 104 min hektara çatıb.

Koreya Meşə Təsərrüfatı Xidməti  verdiyi açıqlamada yanğınlar nəticəsində zərər çəkmiş ərazinin əvvəllər təxmin edilən 45,157 hektardan təxminən 2,2 dəfə çox olduğunu bildirib.Cənubi Gyeongsang əyalətində 3 min 397 hektar, Şimali Gyeongsang əyalətində 90 min 289 hektar və Ulsan metropolunda 1190 hektar olmaqla ümumilikdə 104 min hektar ərazinin yandığı açıqlanıb.

Yanğınlardan ən çox zərər çəkən ərazi 28 853 hektarla Şimali Gyeongsang əyalətindəki Uiseong bölgəsi olub. Andongda 26 709 hektar, Cheongsongda 20 655 hektar və Yeonqdeokda isə  16 208 hektar ərazinin yandığı bildirilib.

Yanğınlar ən azı 31 nəfərin ölümünə və çoxlu sayda insanın yaralanmasına səbəb olub. Sözügedən yanğınların Cənubi Koreya tarixinin ən dəhşətli meşə yanğınları olduğu bildirilir.

Paylaş: