Şirvanda topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovative həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0,7 litrlik, 224 ədəd 0,5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.
Azərbaycanda sabaha gözlənilən hava...
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb...