19 aprel 2025, şənbə Bakı, 17°C
IMG-LOGO

“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək

18-04-2025
IMG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından bildirilib ki, proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Həmçinin sakinlər avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı əldə edəcəklər.

Aprelin 28-də Köndələnçay su anbarında reallaşacaq tədbir saat 11:00-da başlayacaq.

Paylaş: