19 aprel 2025, şənbə Bakı, 17°C
IMG-LOGO

Sabah hava şəraiti əsasən yağmursuz keçəcək

18-04-2025
IMG

Azərbaycanda aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10°, gündüz 15-20° isti olacağı proqnozlaşdırılıb. Atmosfer təzyiqi normadan yüksək 768 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz təşkil edəcək.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6°, gündüz 16-21° isti olacağı ehtimal edilir.

Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, mülayim şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5°, gündüz 10-15° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, bəzi yerlərdə 1° şaxta, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacağı proqnozlaşdırılıb.

Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 15-20° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman və mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9°, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti təşkil edəcək.

Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, mülayim şərq küləyinin əsəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 5-9°, gündüz 17-22° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 15-20° isti, dağlarda gecə 3-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Paylaş: