19 aprel 2025, şənbə Bakı, 14°C
IMG-LOGO

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

19-04-2025
IMG

Dünyada insanabənzər robotların iştirakı ilə Çində keçirilən ilk yarımarafonun qalibi “Tiangong” adlı robot olub.

Fhnews.az xəbər verir ki, marafonda tədqiqat mərkəzlərinin istehsalı olan 21 robot 21 kilometr məsafədən ibarət yarımarafonda insanlarla birlikdə iştirak edib. Robotlar sabit qaçış nümayiş etdirsələr də, onların hamısı finiş xəttinə çata bilməyib. “Tiangong” isə 2 saat 40 dəqiqə 42 saniyə göstərici ilə birinci olub.

Yarımarafon süni intellekt və insanabənzər robototexnikanın inkişafında mühüm mərhələni nümayiş etdirir.

Paylaş: