Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycanda aprelin 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Fhnews.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək.
Nisbi rütubət gecə 70-75 faiz, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacaq.
Yardımlı rayonunda zəlzələ olub...
Azərbaycanda sabaha gözlənilən hava...
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...