19 aprel 2025, şənbə Bakı, 17°C
IMG-LOGO

Beyləqanda marketdə saxta spirtli içkilər aşkarlanıb

18-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Beyləqan şəhəri, Magistral küçəsində fəaliyyət göstərən, Əliyev Asim Pəsi oğluna oğluna məxsus “Beyləqan” marketdə yoxlama keçiriblər.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovatov həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, baxış zamanı marketdə “Ağsu”, “Qafqazkaya“ və “Belaya” əmtəə nişanlı müxtəlif həcmli saxta spirtli içkilər aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Saxta spirtli içkilərin satışı qadağan edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Paylaş: