19 aprel 2025, şənbə Bakı, 13°C
IMG-LOGO

Çaylarda yüksək sululuq davam edir

17-04-2025
IMG

Avtomat hidroloji stansiyaların aprelin 17-si saat 10:00-a olan məlumatına əsasən çaylarda yüksək sululuq davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156, Əyriçayda 14, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15, Əsrikçayda 7, Kürəkçayda 5, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14, Zabuxçay və Quruçayda 12, Köndələnçayda 5, Tutqunçay və Həkəriçayda 4, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 santimetr artım qeydə alınıb.

Paylaş: