Misir beş il ərzində Süveyş kanalından təxminən 40 milyard dollar gəlir əldə edib
“Əl-Misri Əl-Yəvm” qəzetinin məlumatına görə, Süveyş Kanalı İdarəsinin sədri Usamə Rabi verdiyi yazılı açıqlamada naviqasiya statistikasına görə, mart ayında naviqasiya göstəricilərində yanvar ayı ilə müqayisədə bir qədər irəliləyiş olduğunu bildirib. Süveyş kanalından keçən gəmi sayının yüzdə 2,4, xalis gəmi tonajının isə yüzdə 7,1 artdığını qeyd edən Rabi, statistikaya görə, keçən yanvar ayına görə gəlirdə yüzdə 8,8 artım olduğuna diqqət çəkib. Süveyş kanalının son illərdə dəniz nəqliyyatında lider rolunu, müxtəlif çətinliklərlə mübarizə və böhranları aşmaq qabiliyyətini sübut etdiyini bildirən Rabi statistik məlumatlara görə, 2019-2024-cü illər arasında kanaldan 121 min 902 gəmi keçdiyini, ümumi xalis tonajın 7 milyard 154 milyon dollara çatdığını və cəmi 3 milyard 99 milyon tona19 gəlir əldə etdiyini bildirib. Kanalın 2019-2024-cü illərdəki fəaliyyətinin inkişafını qiymətləndirən Rabi, xalis gəmi tonajının 2019-cu ildə 1.207 milyard tona çatdığını, daha sonra COVID-19 böhranı səbəbiylə 2020-ci ildə bir qədər azalaraq 1.169 milyard ton olduğunu, sonra yenidən 1.275 milyard tona çatdığını bildirib. 2023-cü ildə isə 1,568 milyard tonla rekord səviyyəyə çatıb. Rabi mövcud şərtlərin təsiri ilə xalis gəmi tonajının 2024-cü ildə yüzdə 66,5 azalaraq 525 milyon tona çatmasının gözlənildiyini ifadə edib.
Rabi "Qırmızı dəniz böhranı" səbəbiylə kanaldan keçən gəmilərin sayında 2023-cü ilə nisbətən yüzdə 50, 2024-cü ildə keçən gəmilərin sayının isə 13 min 213-ə düşdüyünə diqqət çəkib.
Bölgədəki gərginliyin kanal trafikinə təsir göstərməsindən sonra 2024-cü ildə gəlirlər 2023-cü ilə nisbətən 61 faiz azalaraq 3,991 milyard dollara düşüb.
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...
Hindistanda fil hücumlarına qarşı yeni...
Cəsədlərin yoxa çıxdığı dibsiz mağara...