Cənubi Amerika ölkəsində sarı qızdırma xəbərdarlığı: 34 ölüm qeydə alınıb
Kolumbiya hökuməti sarı qızdırma hallarının artması səbəbindən fövqəladə vəziyyət elan edib. Kolumbiyanın Səhiyyə Naziri Guillermo Alfonso Jaramillo epidemiya başlayandan bəri 74 yoluxma faktının və 34 ölümün qeydə alındığını açıqlayıb. Jaramillo ən kritik vəziyyətin Kolumbiyanın mərkəzi-qərb hissəsindəki Tolima bölgəsində olduğunu, burada 22 hadisənin aşkar edildiyini söyləyib.
Bildirilir ki, Sarı qızdırma virusu Aedes və ya Haemagogus ağcaqanadlarının dişləməsi ilə ötürülən viral xəstəlikdir.
Semptomları inkişaf etdirənlər üçün inkubasiya müddəti 3-6 gündür. Xəstəliyin ilk əlamətləri qəfil qızdırma, titrəmə, şiddətli baş ağrısı, bel ağrıları, ümumi bədən ağrıları, ürəkbulanma, qusma, yorğunluq və halsızlıqdır.
Alimlər Kvant maqnitizminin nadir tipini...
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...
Hindistanda fil hücumlarına qarşı yeni...