“ADPU-2030” strateji inkişaf planı ictimaiyyətə təqdim olunub
Azərbaycan Dövlət Pedaqoji Universitetin Elmi şurasının qərarına əsasən qəbul olunan “ADPU-2030” strateji inkişaf planı və bununla bağlı 7 strateji sahə üzrə sənəd universitetin rəsmi saytında yayımlanaraq ictimaiyyətə təqdim olunub. Sənədə “ADPU-nun təlim-tədris siyasəti”, ADPU-nun keyfiyyət təminatı siyasəti”, “ADPU-nun elmi-tədqiqat siyasəti”, “ADPU-nun dayanıqlı inkişaf siyasəti”, “ADPU-nun beynəlmiləlləşmə siyasəti”, “ADPU-nun inklüziv təhsil siyasəti”, “ADPU-nun sosial məsuliyyətlilik siyasəti” üzrə sahələr daxildir.
Bu barədə universitetdən məlumat verilib.
Strateji inkişaf planında 2030-cu ildə ADPU-nun yüksəkkeyfiyyətli ali təhsil verən, müasir tədqiqatlar aparan, sosial məsuliyyətlilik nümayiş etdirən, əmək bazarı ilə səmərəli əlaqələr quran, yaxşı idarəetmə sisteminə sahib olan, rəqəmsallaşmanı təmin edən, beynəlmiləlləşən və yüksək beynəlxalq reytinqli 4-cü nəsil universitetə çevrilmək nəzərdə tutulur. Pedaqoji Universitet bu strategiya sənədində nəzərdə tutulan 6 strateji məqsəd və 34 strateji hədəfin reallaşdırılması ilə 2030-cu ildə sosial elmlər sahəsində dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olmağı hədəfləyir. ADPU-nun artan potensialı, ölkəmizin günü-gündən inkişaf edən və güclənən beynəlxalq nüfuzu bu baxışı müəyyən edən əsas amillərdir.
Elmi şura “ADPU-2030” strateji inkişaf planının hazırlanması üzrə işçi qrupun yaradılması ilə bağlı qərar qəbul edib.
Azərbaycanda Milli Etalon Vaxtı...
AMEA ilə Qırğızıstan Milli Elmlər...
Martın 9-da keçirilmiş buraxılış...
BDU ilə Türkiyənin Ərciyəz Universiteti...
ADNSU ilə Yıldız Texniki Universiteti...