19 aprel 2025, şənbə Bakı, 18°C
IMG-LOGO

Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib
 

18-04-2025
IMG

Böyük Britaniyada iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində “SeaCURE” adlı layihənin sınaqları başlayıb.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, Birləşmiş Krallıq hökuməti tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi dəniz suyundakı karbon qazının çıxarılması imkanlarını araşdırmaqdır.

Layihə çərçivəsində karbon qazını birbaşa havadan deyil, dəniz suyundan çıxarmağın mümkünlüyü sınaqdan keçirilir. Bu, suyun karbon qazını havadan daha yüksək konsentrasiyada saxlaması ilə izah edilir. Layihə uğurlu olsa, dənizlər iqlim dəyişikliyi ilə mübarizədə yeni və səmərəli resursa çevrilə bilər.

Qeyd edək ki, alimlər qlobal istiləşmənin əsas səbəbi olan istixana qazı emissiyalarının azaldılmasını prioritet məsələ hesab edirlər. Bununla yanaşı, atmosferə buraxılmış karbon qazının müəyyən hissəsinin tutulmasının da zəruri olduğu bildirilir.

Paylaş: