DYP: Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb
Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün respublika ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Bu, Dövlət Yol Polisi əməkdaşlarının gücləndirilmiş iş rejimində apardığı nəzarət tədbirləri ilə yanaşı, sürücülərin məsuliyyətli davranışlarının nəticəsidir.
Bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən bildirilib.
“Yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusilə təhlükəli hesab edilən yol sahələri DYP əməkdaşları tərəfindən nəzarətdə saxlanılıb, sürücülərə yol və hava şəraiti ilə bağlı operativ məlumatlar çatdırılıb.
Səyyar qaydada aparılan maarifləndirici tədbirlər zamanı sürücülərə hava və yol şəraitinə uyğun davranmaları, sürət həddinə əməl etmələri, ara məsafəsini qorumaları tövsiyə olunub.
Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizliyə biganə qalmayan, qaydalara əməl edən bütün sürücülərə təşəkkür edir və bir daha xatırladır: dəyişkən hava şəraiti yol qəzalarının başvermə riskini artırır. Bu səbəbdən hər bir sürücü yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamalı, hərəkət zamanı isə maksimum diqqətli və məsuliyyətli olmalıdır”, - məlumatda qeyd edilib.
“Rəqəmsal gömrük və media” mövzusunda...
Ombudsman Səbinə Əliyeva vətəndaşların...
Şirvanda topdansatış mağazasında saxta...
Bəzi ərazilərdə su basmış yerlərdən...
Şəkidə “Yanğına qarşı qabaqlayıcı...