Səhiyyə naziri Belarusun ölkəmizdəki səfiri ilə görüşüb
Səhiyyə Nazirliyində Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüş keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Dmitri Pineviçi Belarusun ölkəmizdəki səfiri vəzifəsinə yeni təyin olunması münasibətilə təbrik edib.
Azərbaycanla Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini qeyd edən nazir vurğulayıb ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Teymur Musayev, həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Nazirin sözlərinə görə, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq qarşılıqlı səfərlər təşkil olunur.
Əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu vurğulayan Teymur Musayev, həmçinin ölkələrimiz arasında bu sahədə uğurlu əməkdaşlığın olduğunu qeyd edib.
“Rəqəmsal gömrük və media” mövzusunda...
Ombudsman Səbinə Əliyeva vətəndaşların...
Şirvanda topdansatış mağazasında saxta...
Bəzi ərazilərdə su basmış yerlərdən...
Şəkidə “Yanğına qarşı qabaqlayıcı...