Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycan Respublikasının Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti Sofiya şəhərində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının yaradılmasının 113-cü ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən sonra MMU-nun rektorunun elm üzrə müavini - Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov G.S.Rakovski adına Hərbi Akademiyanın rəisi general-mayor Stayko Prokopievlə görüşüb.
Görüş zamanı qarşılıqlı brifinqlər təqdim olunub, hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar çərçivəsində Milli Müdafiə Universitetində aparılan struktur dəyişiklikləri, innovativ və texnoloji yeniliklər nəzərə alınmaqla tədris prosesinin təkmilləşdirilməsi, eləcə də digər inkişaf istiqamətlərinə dair məlumat verilib.
Tərəflər MMU ilə G.S.Rakovski adına Hərbi Akademiya arasında davamlı və faydalı əməkdaşlığın vacibliyini xüsusi vurğulayıblar.
Səfər çərçivəsində MMU-nun nümayəndə heyəti Akademiyada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların tədris prosesi, sosial-məişət şəraiti və ümumi hazırlıq səviyyələri ilə maraqlanıb.
Kursantların təklif və fikirlərini dinləyən MMU-nun nümayəndələri onları maraqlandıran sualları cavablandırıblar.
Azərbaycan Ordusunun mövqeləri atəşə...
Müdafiə Nazirliyində dövlət qurumları və...
Müdafiə Nazirliyi: Qazaxıstanlı...
Azərbaycan və Türkiyə HDQ arasında...
Azərbaycan və Bolqarıstan arasında hərbi...