Qaya uçqununa görə Qubanın bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib
Aprelin 19-u səhər saatlarında Qubada "Təngə dərəsi" adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.
Fhnews.az xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub . Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.
Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.
Yardımlı rayonunda zəlzələ olub...
Azərbaycanda sabaha gözlənilən hava...
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...