20 aprel 2025, bazar Bakı, 13°C
IMG-LOGO

ADAU-EGE ikili diplom proqramı tələbələrinin 4 elmi layihəsi TÜBİTAK tərəfindən qəbul edilib

19-04-2025
IMG

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin EGE Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrin 4 elmi-tədqiqat layihəsi Türkiyənin Elmi və Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK) tərəfindən qəbul olunaraq dəstək qazanıb.

Fhnews.az  xəbər verir ki, layihələr toxum texnologiyaları və bitki streslərinə davamlılıq sahəsində aparılan tədqiqatları əhatə edir. Soya, çörəkotu və aspir kimi əkin bitkilərində toxumların cücərmə və çıxış qabiliyyətini artırmaq məqsədilə müxtəlif priming (ön cücərtmə) üsullarının effektivliyi araşdırılaraq, bu üsulların toxum keyfiyyətinə təsiri qiymətləndirilib. Tədqiqatlarda aktiv iştirak edən tələbələr Yusif Osmanlı, Orxan Əliyev və Ruslan Kosaevi fərqli bitkilər üzərində priming metodlarını sınaqdan keçirməklə toxum gücünün artırılması və daha homojen çıxışın təmin olunması istiqamətində elmi əsaslar ortaya qoyublar.

Digər layihə çərçivəsində isə tələbə Hüseyn Bağırlı buğda bitkisində fotoprotektiv piqmentlərin müxtəlif genotiplərdə miqdarını təhlil edərək, iqlim dəyişikliklərinə davamlı sortların seçilməsi istiqamətində mühüm nəticələr qazanıb.

Paylaş: