Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda ilk mükafatçılar müəyyənləşib.
Fhnews.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən turnirin ikinci günündə 39 ölkədən gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını nümayiş etdiriblər.
Çoxnövçülük üzrə fərdi proqramda italiyalı Sofia Raffaelli qızıl, ukraynalı Taisia Onofriçuk gümüş, Stiliana Nikolova bürünc medala sahib çıxıb.
Qrup hərəkətləri komandalarında isə Bolqarıstan birinci, Çin ikinci, Ukrayna yığması isə üçüncü yeri tutub.
Ötən gün start götürən yarışlara aprelin 20-də yekun vurulacaq. Ənənəyə uyğun olaraq bu kubokda da ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Bakıda bədii gimnastika üzrə Dünya...
Bakıda keçirilən bədii gimnastika üzrə...
Voleybol üzrə Azərbaycan çempionatında...
Bakıda keçiriləcək minifutbol üzrə dünya...
Bakıda bədii gimnastika üzrə Dünya...