20 aprel 2025, bazar Bakı, 17°C
IMG-LOGO

Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib

19-04-2025
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda ilk oyun keçirilib.

Fhnews.az xəbər verir ki, “Gəncə” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib.

Gərgin və maraqlı keçən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci qarşılaşma aprelin 20-də təşkil olunacaq.

Qeyd edək ki, “Milli Aviasiya Akademiyası” cavab matçında da qalib gəlsə, üçüncü yerin sahibi olacaq. Əgər tərəflər hərəyə bir qələbə qazanarsa, “qızıl set” oynanılacaq.

Paylaş: