İtaliyada Etna vulkanı püskürməyə başlayıb
İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın dünən axşamdan bu gün səhərə qədər güclü şəkildə püskürdüyü bildirilib.
Etna vulkanının cənub-şərq kraterində 2900 metr yüksəklikdə kül və lava püskürməsi bu gün səhər saatlarına qədər davam edib.
Yerli mənbələr Etnadakı püskürmələrdən gələn səslərin vulkanın yamaclarında yerləşən bir neçə kənddə yüksək səslə eşidildiyini bildirib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun Kataniya şöbəsi də vulkanik aktivliyi təsdiqləyib. Bu arada mətbuatda yayılan xəbərlərə görə, Etnada vulkanik aktivliyə görə bölgədən keçən təyyarələr üçün gecə saatlarında “narıncı” kodlu xəbərdarlıq edilib.
Türkiyədə 4,1 bal gücündə zəlzələ baş...
Türkiyədə bəzi uçuşlar ləğv edilib,...
Hindistanda binanın uçması nəticəsində...
“Yeni Şafak” qəzeti: Fransa arxivləri...
Omanda Enerji Tənzimləyicilərinin...