Belarus dövriyyəyə rəqəmsal rubl buraxmağı planlaşdırır
Belarus rəqəmsal rublun yaradılması üzərində fəal iş aparır.
Fhnews.az TASS-a istinadla xəbər verir ki, bu barədə Respublika Milli Bankının İdarə Heyətinin sədri Roman Qolovçenko bildirib. Rəqəmsal rublun tətbiqi 2026-cı ilin ikinci yarısına planlaşdırılır.
Onun sözlərinə görə, hakimiyyət, ilk növbədə, vəsaitlərin saxlanması məsələsi ilə məşğuldur. Qolovçenko qeyd edib ki, dövlət üçün “rəqəmsal pulun bütün zəncir boyunca necə hərəkət etdiyini izləyə bilmək” çox vacib olacaq.
İdarə Heyətinin sədri bildirib: “2026-cı ilin ikinci yarısında rəqəmsal rubl tam şəkildə dövriyyəyə buraxılacaq. Artıq sahibkarlıq subyektləri ondan istifadə edə biləcəklər. 2027-ci ilə qədər biz onun həm dövlət qurumları, həm də fiziki şəxslər üçün əlçatan olmasını nəzərdə tuturuq”.
Alimlər Kvant maqnitizminin nadir tipini...
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...
Hindistanda fil hücumlarına qarşı yeni...