FHN-in Muğan Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonunda “MKT-İK” MMC-nin “MKT - Biləsuvar filialında” “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
Məşqdə Muğan Regional Mərkəzinin, Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və müəssisənin əməkdaşları iştirak edib.
Məşqin keçirilməsində məqsəd mülki müdafiə tədbirlər planının reallığının yoxlanılması, məşqə cəlb olunan müəssisənin şəxsi heyətinin mülki müdafiə sahəsində biliklərinin artırılması və əməli vərdişlərin aşılanması olub.
Məşq zamanı filialın şəxsi heyətinin şərti baş vermiş fövqəladə hal barədə xəbərdar edilməsi, toplanması, habelə yaranmış ekstremal vəziyyətin nəticələrinin aradan qaldırılması və ümumi idarəetmənin təşkili üzrə fəaliyyəti simulyasiya edilib, “hadisə yerinə” operativ çatan FHN-in qüvvələri tərəfindən “yanğın-xilasetmə əməliyyatı” icra olunub.
Sonda məşqin yekunu ilə əlaqədar təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...
Fövqəladə Hallar Nazirliyi tərəfindən...
Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb...
FHN-in Sumqayıt Regional Mərkəzi...
Qəbələdə aktivlərlə təmin olunmuş...