Bakıda şahmat üzrə “Çempionların savaşı” adlı turnir keçiriləcək
Bakıda Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Çempionların savaşı” adlı turnir keçiriləcək.
AŞF-dən bildirilib ki, aprelin 27-30-da Milli Xalça Muzeyində Azərbaycanın və dünyanın aparıcı şahmatçıları rapid və blits mübarizəsində qarşılaşacaqlar.
“Çempionlar savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov 15-ci dünya çempionu Vişvanatan Anandı (Hindistan), qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə isə dünya və Avropa çempionu Antoaneta Stefanovanı sınağa çəkəcək. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Turnirdə qədim sənət növü ilə dünyanın ən qədim oyunu vəhdət təşkil edərək, zəka sahiblərinin mübarizə məkanına çevriləcək.
Qeyd edək ki, Vişvanatan Anand, Rauf Məmmədov, Antoaneta Stefanova və Günay Məmmədzadə aprelin 27-də ölkə birinciliyinin qalib olan yeniyetmə şahmatçılara seans keçəcək.
Bakıda bədii gimnastika üzrə Dünya...
“Prezident Kuboku-2025”: Füzuli...
Bu gün kişi voleybolçular arasında...
Bakıda bədii gimnastika üzrə Dünya...
Bakıda şahmat üzrə “Çempionların savaşı”...