Ceyhun Bayramov: Qərb bölgələrimizlə Naxçıvan arasında birbaşa əlaqənin bərpası bizim üçün xüsusi əhəmiyyət kəsb edir
Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində əsas istiqamətlərdən biri sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də bu sahədə Dövlət komissiyalarının fəaliyyətidir.
Fhnews.az xəbər verir ki, bu barədə aprelin 17-də Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, son illərdə Ermənistanla aparılan intensiv təmaslar çərçivəsində bu istiqamətdə əhəmiyyətli irəliləyişlər əldə olunub. O, 2024-cü ili bu baxımdan yaddaqalan il kimi dəyərləndirib: “İlk dəfə olaraq danışıqlar nəticəsində razılıq əldə olundu və 1990-cı illərin əvvəlindən Ermənistanın işğalı altında olan Qazax rayonunun 4 kəndinin azad olunması prosesi həyata keçirildi. Dövlət komissiyaları arasında təmaslar davam edir və bu prosesin qarşıdakı aylarda da davam edəcəyi gözlənilir. Azərbaycan, ümumilikdə bu prosesə nikbin yanaşır”.
Azərbaycanın xarici işlər naziri əlavə edib ki, digər mühüm məsələ iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpasıdır: “Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında maneəsiz keçidin təmin olunması məsələsi də uzun müddətdir danışıqların mövzusudur. Təəssüf ki, bu istiqamətdə hələlik konkret nəticə əldə olunmayıb. Azərbaycan bu məsələdə irəliləməyə hazırdır, lakin Ermənistan razılaşmanın icrasını hələ də həyata keçirməyib. Ümumilikdə kommunikasiya xətlərinin açılması ilə yanaşı, qərb bölgələri ilə Naxçıvan arasında birbaşa əlaqənin bərpası bizim üçün xüsusi əhəmiyyət kəsb edir”, – deyə Ceyhun Bayramov vurğulayıb.
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı...
Madat Babayan Ermənistan silahlı...
Milli Məclisin sədri MDB PA-nın Şura və...
Məhkəmədə zərərçəkmiş şəxs Madat...
Azərbaycanda akkreditə olunmuş...