Cəsədlərin yoxa çıxdığı dibsiz mağara
Fransanın Tonnerre qəsəbəsində yerləşən Fosse Dionne mənbəsi hələ aşkar edilmədiyi üçün uzun illər sirr olaraq qalır. Üç dalğıcı udan qorxunc suyun başqa bir dünyaya açılan portal olduğuna inanılır. Karst bulağı olan Fosse Dionne Roma imperatorları tərəfindən içməli su kimi istifadə edilmişdir. Avropanın ən qədim icmalarından biri olan Keltlər buranın müqəddəs bir formasiya olduğuna inanırdılar.
Fransızlar 1700-cü illərdə Fosse Dionneyi daşlarla əhatə edərək amfiteatr tikirlər. Tarix boyu bir çox insanlar bu sudan həm çimmək, həm də paltar yumaq üçün istifadə ediblər. Sakit görünüşünə baxmayaraq, Fosse Dionne haqqında çoxlu əfsanələr gəzir. Orta əsrlərdə şəhər əhalisi Fosse Dionnenin dərinliklərində bir ilanın yaşadığına inanırdılar. Bəziləri hətta bu yerin başqa bir dünyaya açıldığını düşünürdü. Basilisk adlı məxluq orta əsrlərdə insanlar arasında qorxu yayan canavar idi. Ümumiyyətlə yarı xoruz,yarı kərtənkələ görünüşü ilə tanınan bu canlının baxışları ilə öldürmək gücünə malik olduğu deyilirdi.
Rəvayətə görə, Saint Jean de Rèome Fosse Dionnedə bataqlıqları təmizləyərkən, o, basilisk adlı bir canavarı öldürərək mənbəni yenidən istifadəyə yararlı hala gətirdi. İlahi çuxur mənasını verən Fosse Dionne haqqında çoxlu qorxulu söz-söhbətlərə baxmayaraq, çox dinc bir görünüşə malikdir. Fosse Dionnenin ən böyük sirri onun suyunun mənbəyidir. Bu yer, digər karst bulaqları kimi, yeraltı əhəngdaşı mağaraları şəbəkəsi ilə qidalanır. Lakin suyun güclü axınına baxmayaraq, hələ heç kim mənbənin haradan gəldiyini dəqiq müəyyənləşdirə bilməyib. Bunu öyrənmək istəyənlər keçmişdə ağır bədəl ödəyiblər.
Fosse Dionneni araşdırmaq üçün ilk cəhdlər 1970-ci illərə təsadüf edir. 1974-cü ildə dar, dolama tunellərdən keçməyə cəhd edən iki dalğıc bir daha geri qayıtmayıb. Eyni dəhşətli aqibət 1996-cı ildə başqa bir dalğıcın da başına gəlib. Bu səbəbdən də bir müddət Fosse Dionnedə dalğıcların enişi qadağan edilib. Qiymətləndirmələrdən sonra Tonnerre meri peşəkar dalğıc Pierre-Eric Deseigneə araşdırma aparmaq üçün tapşırıq verir.
370 metrlik sualtı keçidləri kəşf edən Pierre-Eric Deseigne səyahətini sualtı görüntülərlə sənədləşdirərək sağ-salamat geri qayıdıb. Amma o da mənbənin haradan gəldiyini tapa bilməyir.
İlk baxışdan kifayət qədər sakit görünən Fosse Dionne bütün riskli cəhdlərə baxmayaraq sirrini qorumağa davam edir.
Çində “Tiangong” adlı robot Pekin...
Alimlər Kvant maqnitizminin nadir tipini...
ABŞ-da Robert Kennedinin öldürülməsi ilə...
15-ci Pekin Film Festivalı başlayıb...
"Google" delfinlərlə danışmaq üçün süni...