Dağlıq ərazilərdə qar, Bakıda leysan müşahidə olunur - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrində başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.
Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağır.
Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.
Vətən müharibəsindən sonra 493 hərbçi...
Binəqədidə saxta alkoqollu içkilər...
Azərbaycanla Qazaxıstan arasında media...
Dövlət Xidməti: Bəzi çaylarda sel və...
Ölkənin əksər rayonlarında leysan...