16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

1900 illik papirusda vergidən yayınma izi

15-04-2025
IMG

İordan çayının qərb sahilində səhrada tapılan 1900 illik perqamentdə vergidən yayınma işi üzrə məhkəmə iclasının protokolları yer alıb.

Təxminən 1900 illik mətndə saxta sənədlər, təxminən indiki İsrail və İordaniyaya uyğun gələn ərazidə müvafiq orqanlara vergi ödəməmək üçün qulların qanunsuz satışı və azad edilməsi ilə bağlı təfərrüatlar var. “Kathimerini” qəzetində yer alan xəbərə görə, cinayətkarların hər ikisi kişi olub. Biri yerli elita ilə əlaqəsi olan notariusun oğlu Qadalias olub. Qəsb və saxtakarlıq ittihamlarına əlavə olaraq, onun cinayət rekorduna quldurluq, üsyan və ədalətdən qaçmaq kimi dörd fakt da daxildir. Onun vergidən yayınma sxemindəki ortağı, fırıldaqçılığın başçısı olduğu iddia edilən Saulos adlı bir adam olub. Onların milli mənsubiyyəti açıq şəkildə göstərilməsə də, adlarına görə yəhudi olma ehtimalının yüksək olduğu bildirilir.

 Məhkəmə zalında gərginlik eramızın 130-cu illərində İmperator Hadrianın dövründə yaranıb. "Perqament romalıların yəhudi təbəələrinə qarşı olan şübhələrini əks etdirir. Ola bilsin ki, vergidən yayınanların bir neçə il sonra baş vermiş Bar Koçba hadisəsində (Yəhudilərin Romaya qarşı sonuncu dini üsyanı) əli olub”- deyə  Avstriya Arxeologiya İnstitutunun Roma İmperiyasının tarixçisi Ana Dolqanov bildirib.

Perqamentin nə vaxt və kim tərəfindən aşkar edildiyini heç kim bilmir, lakin doktor Dolganov onu 1950-ci illərdə bədəvi antikvar satıcıları tərəfindən aşkar edildiyini söyləyib.

Paylaş: