16 aprel 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib

14-04-2025
IMG

Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı Türkiyə Böyük Millət Məclisinə qanun layihəsi təqdim olunub.

“TRT Haber”in məlumatına görə, layihənin təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Serkan Bayramdır.

Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə millət vəkili bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.

“Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən türk dövlətlərində Novruz bayramı geniş şəkildə qeyd edilir. Bu bayram yeni günün, təbiətin dirçəlişini simvolizə edir. Novruz həm də birlik və qardaşlıq rəmzidir. Türklər üçün Novruz Ərgənəkon dastanına bərabərdir” - deyə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın builki Novruz şənliklərində bu mövzuya toxunduğunu bildirən Serkan Bayram " Həm xalqımızın gözləntiləri, həm də ölkəmizdə və dünyada sülh mühitinin hökm sürməsi baxımından bu günün rəsmi bayram elan edilməsi hər kəsin arzusudur. Bunun üçün bütün partiyalarımızdan dəstək gözləyirəm”-deyə əlavə edib.

Paylaş: