16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

15-04-2025
IMG

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb.

Nazirlikdən bildirilib ki, reqlamentə əsasən müsabiqəyə layihələrin qəbulu aprelin 15-dən iyunun 12-dək http://arka.culture.az saytı vasitəsilə həyata keçiriləcək.

Müsabiqədə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər iştirak edə bilər. Üç mərhələdən ibarət olacaq müsabiqənin nəticələrinin 2 Avqust – Azərbaycan Kinosu Günündə elan edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və bu sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə reallaşır.

Paylaş: