16 aprel 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

ƏMAS-da işəgötürənlər üçün “İş yerlərinin zərərliliyinin attestasiyası” altbölməsi yaradılıb

15-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) daha bir yeni funksionallıq istifadəyə verilib.

Bu barədə  Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Bildirilib ki, yeniliyə əsasən, işəgötürənlər iş yerlərində həyata keçirdikləri attestasiyanın nəticələrinə dair sənədlərin surətlərini Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etməklə yanaşı, həmin sənədlərdə qeyd edilmiş məlumatları ƏMAS-da “Rəsmi yazışmalar” bölməsindəki “İş yerlərinin zərərliliyinin attestasiyası” alt bölməsinə daxil edə bilərlər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən, işəgötürənlər müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməli və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətini 10 iş günü müddətində Dövlət Əmək Müfəttişliyi Xidmətinə təqdim etməlidirlər.

Paylaş: