Şimali Afrikada tapılan mumiyaların DNT-si bəşər tarixinin soy ağacını yenidən yaza bilər.
Sahara səhrasında tapılan bu itirilmiş nəsil indiki insanlardan və onların tarixi əcdadlarından çox fərqli bir genetik quruluşa malikdir. Tədqiqatçılar deyirlər ki, bu unikal insan nəsli müasir dünyada öz orijinal formasında artıq mövcud deyil. Şimali Afrikada aşkar edilən iki mumiyadan əldə edilən şok DNT tapıntıları bəşər tarixinin soy ağacını yenidən yaza bilər.
Almaniyanın Maks Plank İnstitutunun alimləri müasir Liviyada aşkar edilmiş bu qədim mumiyaların 7000 il əvvələ aid əvvəllər məlum olmayan insan cəmiyyətinin DNT-sini daşıdığını müəyyən ediblər.
Bununla belə, bu itirilmiş qrup Yaşıl Saharaya köç edən digər insan populyasiyalarından tamamilə təcrid olunmuş görünür.
Yeni kəşf edilən mumiyalarda o dövrdə Afrikadan kənarda yaşayan qədim insanlardan daha az Neandertal DNT-si var. Bu, o dövrdə Yaxın Şərq fermerlərinin yüzdə bir-iki faizindən çox azdır. Bu, köklü və uzun müddət təcrid olunmuş bir genetik nəslin mövcudluğunu sübut edir.
Tapılan skeletlərin Liviyanın cənub-qərbindəki Takarkori qaya sığınacağında basdırılmış iki qadına aid olduğu müəyyən edilib.
Tədqiqatçılar qeyd ediblər ki, bu unikal insan nəsli müasir dünyada öz orijinal formasında artıq mövcud deyil. Yeni kəşf edilmiş mumiyaların DNT-si müasir insanların daha böyük genetik tapmacasının yalnız bir parçasıdır. Afrika, Yaxın Şərq və Avropadakı müasir populyasiyalarla oxşar genetik quruluşa sahib olmaq əvəzinə, bu qadınların 15.000 il əvvəl yaşamış bir qrup topluluq ilə sıx genetik əlaqələri var idi.
Tədqiqatçılar hesab edirlər ki, bu topluluqlar son Buz Dövründə müasir Mərakeşdə mağaralarda yaşayıblar.Həm Buz Dövrü qrupu, həm də Yaşıl Saharadan yeni kəşf edilən mumiyalar Saharaaltı Afrikalılardan tamamilə fərqli bir DNT quruluşuna malikdir.
Osmanlıdan günümüzə qədər uzanan...
Türkiyədə 3,5 bal gücündə zəlzələ olub...
İstanbul Hava Limanında THY-nin 3...
Artan temperatur yaxın illərdə psixi...
Böyük Britaniyada yüksək viza xərcləri...