15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Antalya hava limanının yeni terminal binaları bu gün istifadəyə verilir

12-04-2025
IMG

Antalya Hava Limanının yeni terminal binaları bu gün yerli vaxtla saat 17:00-da ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlunun iştirakı ilə açılacaq. Nazir Uraloğlu  Antalya Hava Limanının illik sərnişin tutumunu 82 milyona çatdırdıqlarını qeyd edərək bildirib ki, bu, İstanbul Hava Limanından sonra ən yüksək sərnişin tutumuna malik ikinci hava limanı olacaq.Uraloğlu təyyarə yanacağını Dəniz Limanından Antalya Hava Limanına daşımaq üçün hava limanı ərazisində yeni boru kəməri istehsal etdiklərini də qeyd edib.

Nazir Antalya Hava Limanının hava yolu sektorunun gücünə güc qatacaq yeni terminal binaları və tamamlayıcı qurğularla mülki aviasiya sektorunun inkişafına yeni bir damğa vurduqlarını ifadə edərək əlavə edib ki, hava limanı 2024-cü ildə birbaşa və tranzit sərnişinlər də daxil olmaqla cəmi 39,2 milyon sərnişinə xidmət edib.

Paylaş: