Qırmızı Planet üçün yeni iddia: "Qədim Marslılar nüvə hücumu nəticəsində məhv edilib"
Harvard Universitetinin alimi Con Brandenburq Marsda yaşayan qədim sivilizasiyanın başqa bir yadplanetli irqin nüvə hücumu nəticəsində məhv edildiyini irəli sürüb. İddialara görə, Qırmızı Planetin səthindəki "Ksenon-129" qazı normadan xeyli yuxarıdır. Bu qazın xüsusilə nüvə sintezi zamanı ortaya çıxması məlumdur.
Brandenburqun qəribə nəzəriyyəsinə görə, hücumda kidoniyalılar və utopiyalılar kimi tanınan qədim Marslılar qətlə yetirilib və soyqırımın sübutları bu gün də görünməkdədir.Alim ilk dəfə 2011-ci ildə Marsda qırmızı rəngin təbii olaraq meydana gələn termonüvə partlayışından qaynaqlana biləcəyini irəli sürüb. O, iddia edir ki, Qırmızı Planetin səthindəki kimyəvi elementlər Yerdəki nüvə sınaq meydançalarında olan kimyəvi elementlərlə üst-üstə düşür.
Tədqiqatçılar iddia edirlər ki, planetin səthində süni və ya qəfil nüvə partlayışını göstərən kraterlər və ya radioaktiv tullantıların izləri kimi heç bir dəlil yoxdur.
Lakin Brandenburqun işi uzun müddətdən sonra yenidən gündəmə gətirilib və Marsda bir zamanlar həyatın olduğuna dair "həyəcanverici dəlil" kimi qələmə verilib.
İddialara görə, hər bir planetin üzərində müəyyən miqdarda müxtəlif materialların izotopları var və belə görünür ki, "Ksenon 129" izotop nisbəti Mars istisna olmaqla, bütün Günəş sistemində ardıcıldır.
Doktor Brandenburqun tədqiqatları Mars atmosferində yüksək konsentrasiyalarda olan “Ksenon-129” və səthdə uran və toriuma yönəlib.
“Ksenon-129” sabit, radioaktiv olmayan qazdır, ksenon elementinin təbii formalarından biri, Yer atmosferində az miqdarda olan rəngsiz, qoxusuz və dadsız qazdır. NASA Marsın Cydonia bölgəsində “Ksenon-126” izotopunun gözləniləndən daha yüksək səviyyələrdə aşkar edildiyini açıqlayıb.
Planetin şimal yarımkürəsindəki bölgə "görünən süni meqalit strukturları" ilə məşhurdur. Sui-qəsd nəzəriyyəçiləri onlardan birinin sifətə, digərinin isə nəhəng piramidalara bənzədiyinə inanırlar. NASA alimləri isə bunun kölgələr və səth morfologiyasının yaratdığı optik illüziya olduğunu deyirlər.
Bununla belə, Con Brandenburq hesab edir ki, bunlar yerüstü nüvə partlayışlarının qalıqlarıdır. Mütəxəssislərin fikrincə, termonüvə bombası partlayanda həmin ərazidə “Ksenon 129”-un qeyri-adi izi qalır.
Doktor Brandenburq da bir vaxtlar Marsın Yerə bənzər bir iqlimə malik olduğunu, orada heyvanların və bitkilərin mövcud olduğunu və ağıllı həyatın yer üzündə qədim misirlilərinki qədər inkişaf etdiyini iddia edir.Alimin tapıntıları, həmçinin bir vaxtlar Marsda yaşamış qədim sivilizasiyanın planetin deqradasiyası səbəbindən necə məhv olmaq ərəfəsində olduğunu təfərrüatlandıran Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı ilə üst-üstə düşür.
Novruz bayramı ilə bağlı qanun layihəsi...
Baharda qış gözəlliyi......
Ayasofyanın əsas günbəzində tarixi bərpa...
Yeni araşdırma qarğaların həndəsi...
Yaponiyada əhalinin sayı azalıb...