16 aprel 2025, çərşənbə Bakı, 10°C
IMG-LOGO

Yaxın günlərdə göy üzündə iki meteor yağışı olacaq

14-04-2025
IMG

Aprel və may aylarında səma ilin ən təsirli iki təbii hadisəsinə səhnə olacaq. Lyrid və Eta Aquarid meteor leysanları gözqamaşdırıcı mənzərələr yaradacaq.

Lirid meteor yağışı aprelin 17-də başlayacaq və aprelin 26-na kimi davam edəcək. Ən sıx şəkildə 21-22 aprel gecələrində müşahidə edilə bilən bu səma şənliyi xüsusilə şimal yarımkürəsində təsirli olacaq.

Eta Aquarid meteor yağışı isə aprelin 20-də başlayacaq və mayın 21-dək davam edəcək. Mayın 2-3-də pik həddə çatacaq Eta Aquarid yağışı Yer kürəsinin cənub yarımkürəsində daha aydın müşahidə olunacaq.

Meteor yağışlarını izləmək üçün teleskop və ya durbin kimi xüsusi avadanlıqlara ehtiyacınız yoxdur. Sizə lazım olan tək şey səmanın aydın mənzərəsi olan açıq sahə, rahat yer və bir az səbirdir.

Bu təbiət hadisəsi Yer Günəş ətrafında orbiti zamanı kometlər və ya asteroidlərin buraxdığı hissəciklər buludlarının arasından keçərkən baş verir.Bu hissəciklər atmosferlə təmasda olduqda yanır və səmada qısa müddətli izlər buraxır.

Lirid meteoru Günəş ətrafında orbitini təxminən 422 il ərzində tamamlayan C/1861 G1 (Tetçer) kometindən qalan hissəciklərdən ibarətdir.Eta Aquarid isə 76 ildən bir görünən məşhur Halley kometinin qalıqlarından ibarətdir.

Paylaş: